İSTEHSALAT ÜZRƏ MÜHASİB

1000 - 1500 AZN

Baxışların sayı: 2 Elan: #37246 Paylaş
Şəhər
Bakı
Yaş
20 - 45 yaş
Təhsil
Ali
İş təcrübəsi
1 ildən aşağı
Elanın tarixi
19 Oktyabr,2026
Bitmə tarixi
19 Noyabr,2026
Əlaqədar şəxs
Rəşad
Telefonlar
E-mail
Diqqət: İş üçün heç kimə onlayn pul göndərməyin.!
İş barədə məlumat

-• İstehsalat üzrə ilkin mühasibat sənədlərinin hazırlanması və uçotunun aparılması;

-• Anbara daxil olan və anbardan çıxarılan xammal, material və hazır məhsulların hərəkətinə nəzarət;

-• Material sərfiyyatının və istehsalata verilən ehtiyatların uçotunun aparılması;

-• İstehsal olunan məhsulların maya dəyərinin hesablanmasında iştirak etmək;

-• Anbar qalığı, material sərfiyyatı və hazır məhsul üzrə uçot məlumatlarını yoxlamaq;

-• İstehsalat, anbar və satınalma bölmələri ilə koordinasiyalı işləmək;

-• Mal-material qaimələrinin, təhvil-təslim aktlarının və digər ilkin sənədlərin düzgünlüyünü yoxlamaq;

-• İnventarizasiyanın aparılmasında iştirak etmək və faktiki qalıqları uçot məlumatları ilə üzləşdirmək;

-• Mühasibat uçotu üzrə hesabatların hazırlanmasında iştirak etmək;

-• Rəhbərliyin tapşırıqlarına uyğun olaraq digər mühasibat və uçot işlərini yerinə yetirmək.

Namizədə tələblər

-• Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili;

-• Mühasibat uçotu üzrə müvafiq iş təcrübəsi;

-• İlkin mühasibat sənədləri və material uçotu ilə işləmək bacarığı;

-• Excel proqramı üzrə yaxşı biliklər;

-• Mühasibat proqramları ilə işləmək bacarığı;

-• Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti;

-• Komandada işləmək və iş proseslərini koordinasiya etmək bacarığı.

-Üstünlük hesab olunur:

-• İstehsalat müəssisəsində mühasib kimi iş təcrübəsi;

-• Anbar uçotu və məhsulların maya dəyərinin hesablanması üzrə biliklər;

-• 1C mühasibat proqramı ilə işləmək bacarığı.