Финансы
Все подкатегории

РЕЗУЛЬТАТЫ ПОИСКА: 3 ВАКАНСИЙ

BİZNES ANALİTİK

SIESCO

500 - 700AZN


-- SIESCO - mühasibat uçotunun avtomatlaşdırılması və idarə edilməsi üzrə ixtisaslaşmış dinamik inkişaf edən şirkətdir

-- Şirkətimiz Azərbaycanda “1C“ firmasının partnyorudur

-- Mühasibat uçotu, idarəetmə uçotu, istehsalın idarə edilməsi, satınalma və satış prosesləri, əmək haqqı və kadr uçotunun avtomatlaşdırılması üzrə yüksək keyfiyyətli xidmətlər göstəririk

-- Biz sizə uğurlu karyera qurmaq və peşəkar inkişaf etmək imkanı təklif edirik

-- Şirkətimiz öyrənmək istəyən, işinə pozitiv və yaradıcı şəkildə yanaşan şəxslər axtarışındadır

-- İş rejimi həftənin 6 günüdür

-- İş saatları bazar ertəsi və cümə günləri saat 10:00-dan - 19:00-dək, şənbə günləri isə 11:00-dan - 18:00-dəkdir

--Təlim 1 ay davam edir, təlim müddəti ödənişsizdir, ardından 2 aylıq sınaq müddətində əmək haqqı 350AZN

-- Əmək haqqı bilik səviyyəsindən asılı olaraq: 550AZN+

Баку

İNVESTİSİYA VƏ İNNOVASİYALAR ŞÖBƏSİNƏ APARICI MÜTƏXƏSSİS

"Azərbaycan Sənaye Korporasiyası" ASC

1500 - 1800AZN


-- Layihələr üzrə maliyyə modellərinin hazırlanması, yoxlanması və kapitalın dəyərinin qiymətləndirilməsi

-- Müxtəlif sektorların araşdırılması və təhlilin hazırlanması

-- Rəhbərlik tərəfindən verilən spesifik araşdırmaların yerinə yetirilməsi

-- Potensial investisiya imkanlarının, yeni maliyyə alətlərinin təhlilində iştirak etmək

-- Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi

-- Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına uyğunluğunun təmin edilməsi

-- Layihə üzrə zəruri sənədləşmə işlərinin aparılması

-- İş qrafiki: 09:00-dan - 18:00-dək

-- Bazar ertəsi – Cümə günləri

Баку

MALİYYƏ ÜZRƏ MÜTƏXƏSSİS

Supertoys

800 - 1200AZN


-- Müəssisənin uzunmüddətli aktivlərinin, öhdəliklərinin siyahısına əsasən əmlak və öhdəliklərinin inventarizasiyasını təşkil etmək, keçirilən inventarizasiyanın nəticələrini əks etdirən sənədlərin təhlil olunmasını, öhdəliklərin mövcudluğu, vəziyyəti və qiymətləndirilməsi ilə bağlı nəticələri hazırlamaq

-- Uzunmüddətli aktivlər üzrə hər ayın sonunda amortizasiyanın hesablanmasına nəzarət etmək, aidiyyəti olan məsul şəxslərin iştirakı ilə satılan, ləğv olunan, silinən və ya yerdəyişməsi olan sənədlərin (təhvil-təslim aktı, qaimə-faktura, yerdəyişmə, silinmə aktı və sair) təsdiqlənməsini icra etmək

-- Şirkətin aylıq, rüblük və ya illik maliyyə hesabatlarının hazırlanması

-- Hesabatların məzmununun yoxlanılması və yekun nəticələrin hazırlanması

-- Şirkətin maliyyə performansının izlənilməsi və şirkətin strateji məqsədlərinə uyğun olub-olmadığının qiymətləndirilməsi

-- Maliyyə hesabatları ilə bağlı məlumatların hazırlanması ilkin baxışa təqdim edilməsi

-- Maliyyə analizi üçün statistik və digər məlumatların toplanması və analizi

-- Maliyyə rəhbərinin, rəhbərliyin sorğularına əsasən maliyyə hesabatlarının analizi və müzakirəsi üzərində işləmək

-- Müştərilərə, rəhbərliyə və müəssisənin digər bölmələrinə maliyyə məlumatların təqdim edilməsi

-- Hesabatların hazırlanması və təqdim edilməsi prosesində maliyyə məlumatların düzgün və tam olmasının yoxlanılması və təmin edilməsi

-- İşin aparılmasında maliyyə standartlarının tələblərinə uyğunluğun nəzarət edilməsi və maliyyə proseslərinin keyfiyyətinin təmin edilməsi

-- Daxili hesabatların hazırlanması üçün lazım olan məlumatların toplanması, təhlili və qeydiyyatı

-- Şirkətin illik büdcəsinin hazırlanması və təqdim edilməsi üçün işlərin görülməsi

-- Büdcə ilə bağlı məlumatların hazırlanması ,illik, rüblük və aylıq büdcə göstəricilərin yoxlanılması, izlənilməsi və təhlil edilməsi, varsa problemlərin araşdırılması və aradan qaldırılması

-- Büdcə planı ilə uyğun olaraq, təşkilatın maliyyə performansının izlənməsi və hesabatların hazırlanması

-- Büdcə icrası prosesində maliyyə nəzarətinin təmin edilməsi, lazım olan hesabatların hazırlanması və büdcə təhlilinin aparılması

-- Audit materiallarının hazırlanmasının koordinasiyası, maliyyə hesabatı, auditorların fəaliyyətinə nəzarət və onların təklif və iradlarının araşdırılması

-- Şirkətin büdcəsinin və maliyyə proqnozlarının tərtibatının razılaşdırılması və dəyişikliklər və həmin dəyişikliklərin səbəbləri barədə hesabat verilməsi

-- Artıq/əskik xərclərin, faktiki gəlir və xərclərin təhlilinə dəstək və müxtəlif statistik hesabatların hazırlanması

-- Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlili

-- Əmək haqqı 800-1200azn